Ronaldo və Messinin uğuru təkrarlandı
“Real”ın futbolçusu Kilian Mbappe La Liqada Kriştiano Ronaldo, Lionel Messi və Luis Suaresin nailiyyətini təkrarlayıb.
Msport.az xəbər verir ki, 27 yaşlı hücumçu buna XXIII turda “Valensiya”nı səfərdə məğlub etdikləri matçda fərqlənməklə nail olub.
Fransalı forvard cari mövsüm çempionatda meydana çıxdığı 22 matçda 23 qola imza atıb.
Daha əvvəl “Barselona”nın sabiq futbolçuları Luis Suares (2015/2016), Lionel Messi (2012/2013) və “Real”ın keçmiş hücumçusu Kriştiano Ronaldo (2014/2015) bunu bacarıb.







