featured-image-74695

“Əl Nəsr”in kapitanı Kriştiano Ronaldo komandasının növbəti oyununda da meydana çıxmayacaq.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Portuqaliyalı ulduz futbolçunun klubu sabah “Əl-İttihad”la üz-üzə gələcək. 41 yaşlı hücumçunun sağlıq durumunda heç bir problem yoxdur.

Sadəcə o, hələ də Səudiyyə Ərəbistan Suveren Fondunun (PİF) bəzi klubları idarə etməsindən narazıdır.

Qeyd edək ki, Ronaldo 20-ci turda “Ər-Riyad”la matça da (0:1) çıxmamışdı.

 

Bənzər xəbərlər