Ronaldonun adı iştirak ərizəsinə salınmadı - Müqaviləsini poza bilər
Kriştiano Ronaldo “Mançester Yunayted”lə müqaviləsini poza bilər.
Msport.az xəbər verir ki, bu iddianı insayder Pedru Almeyda səsləndirib. 37 yaşlı futbolçunun bu qərarı vermək ehtimalı artır.
Ulduz futbolçunun adı İngiltərə Premyer Liqasında “Çelsi” ilə növbəti oyunun iştirak ərizəsinə salınmayıb. Bu, “Tottenhem”lə matçda baş verənlərə görədir. Xatırladaq ki, Ronaldo final fitindən əvvəl həm texniki zonanı, həm də stadionu tərk edib getmişdi.