Ronaldu 980-ci qolunu vurdu
“Əl Nəsr”in hücumçusu Kriştianu Ronaldu karyerasında 980-ci qolunu vurub.
Msport.az xəbər verir ki, 41 yaşlı futbolçu Səudiyyə Ərəbistanı çempionatının 8-ci turunda “Əl Dirii” ilə oyunun 23-cü dəqiqəsində fərqlənib.
Ronaldu Portuqaliya millisində 146, klub səviyyəsində isə 834 qol vurub.
Qeyd edək ki, Ronaldu 2023-cü ilin yanvarından “Əl Nəsr”də çıxış edir.







