Ronaldu “Əl Nəsr”də məşqlərə qoşuldu
Kriştianu Ronaldu “Əl-Nəsr”in heyətində məşqləri bərpa edib.
Msport.az xəbər verir ki, bu barədə Portuqaliyanın “A Bola” nəşri məlumat verib.
Buna baxmayaraq, ulduz futbolçu Asiya Çempionlar Liqasında “Arkadaq”la oyunda meydana çıxmayacaq. Türkmənistan klubu ilə görüş fevralın 11-də olacaq.
Ronaldunun fevralın 14-də Səudiyyə Ərəbistanı çempionatının növbəti turunda “Əl Fateh”lə matçda forma geyinməsi gözlənilir.







