featured-image-25327

Rüfət Abdullazadə yayda “Sumqayıt”ı tərk edə bilər. Msport.az xəbər verir ki, 22 yaşlı futbolçu iddialı klublardan təklif alıb.

Xüsusən də “Neftçi”nin onunla maraqlandığı deyil. Hücumameyilli yarımmüdafiəçi son vaxtlar əsas heyətə düşmədiyindən komandadakı vəziyyətindən narazıdır. Samir Abasov “Sumqayıt”ın baş məşqçi postuna keçdikdən sonra Rüfətə o qədər güvənmir. O, son iki matçda ehtiyatda qalıb. Halbuki Rüfət ötən mövsüm komandanın aparıcı simalarından biri idi.

Bu mövsüm 17 oyunda 1 qol vuran Rüfət nadir hallarda 90 dəqiqə meydanda olub.  Qeyd edək ki, onun müqaviləsi iyunda başa çatır.

AYXAN 

Bənzər xəbərlər