featured-image-74599

“Yuventus” futbolçusu Daniele Ruqanini icarəyə verib.

Msport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi mövsümün sonuna kimi “Fiorentina”da çıxış edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ruqani bu mövsüm 8 oyunda meydana çıxıb.

Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü 2013-cü ildən “Yuventus”un futbolçusudur. O, müxtəlif vaxtlarda “Empoli”, “Renn”, “Kalyari” və “Ayaks”da icarə əsasında çıxış edib.

Bənzər xəbərlər