featured-image-47897

Rusiyanın paytaxtı Moskva şəhərinin “Maksima Stables” atçılıq mərkəzində təşkil olunan dresaj növü üzrə beynəlxalq “Qələbə Kubokunun Finalı” yarışında Azərbaycan idmançısı Aydın Əlibəyov yüksək nəticələr əldə edib.

Msport.az xəbər verir ki, 4 gün davam edən yarışlarda 3 atla iştirak edən həmyerlimiz cavan atlar (5 – 7 yaş) arasında keçirilən turda 4 qızıl medal qazanıb.

O, “Intermediate 1 Freestyle” proqramında isə 5-ci yerə layiq görülüb.

Turnirdə müxtəlif bölgələrdən ən güclü atlar iştirak ediblər.

Bənzər xəbərlər