featured-image-29110

Rusiyalı basketbolçunu döylənlərdən biri azərbaycanlı olub

Rusiyanın ÇSKA klubunun basketbolçusu Aleksey Şvedin döyülməsinin səbəbi bəlli olub.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, 35 yaşlı oyunçu komandasının məğlubiyyətinə görə fiziki zorakılğa məruz qalıb.

Ordu klubuna görə bukmeyker kontorlarında böyük məbləğdə pul uduzan şəxslər Moskvadakı “Cun” restoranının çıxışında Şvedə hücum çəkiblər. Nəticədə o, ağır kəllə-beyin travması alıb.

Rusiya Daxili İşlər Nazirliyi idmançıya qəsdən sağlamlığa ağır xəsarət yetirmə faktı ilə bağlı cinayət işi açıb. Polis əməkdaşları Şvedin döyülməsində iştirak edən şəxslərdən birinin şəxsiyyətini müəyyənləşdiriblər. İlkin məlumatlara görə, o, Azərbaycan əsilli Knyaz adlı şəxsdir.

Bənzər xəbərlər