featured-image-21660

“Rodina” klubunun yarımmüdafiəçisi Ruslan Fişenko Azərbaycan millisindən dəvət aldığını deyib. Msport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, vinger bir neçə dəfə yığmamıza çağırıldığını bildirib:

“Dedim ki, “Qarabağ” ÇSKA-dan pis deyil? Mən indi də hesab edirəm ki, “Qarabağ” ÇSKA-dan zəif deyil. Komanda hər il avrokuboklara vəsiqə qazanır və orda sadəcə vaxt keçirmir, mübarizə aparır.

Bəli, ÇSKA-dan sonra “Qarabağ”a getmişdim. Mənə əvvəlcə yoldaşlıq oyununda Azərbaycan yığmasının formasını geyinməyi təklif etdilər. Rəsmi matçda çıxış edib vətəndaşlıq da ala bilərdim. Lakin həmişə can atdığım Rusiya Premyer Liqasında legioner olmaq istəmirdim.

Rusiya yığmasına uyğun gəlirəmmi? Bəli, Azərbaycan seçməsində iki yoxlama görüşündə oynamışam və bu, nəzərə alınmır. Sonuncu dəfə yayda məni Azərbaycan millisinə çağırırdılar. Lakin hələlik imtina edirəm, çünki Rusiyada öz məqsədlərimə çatmaq istəyirəm”.

Bənzər xəbərlər