Ruslan Abışov "Zirə" ilə vidalaşdı - Karyerasını bitirə bilər
Ruslan Abışov “Zirə” klubu ilə vidalaşıb. Msport.az xəbər verir ki, 36 yaşlı futbolçu bununla bağlı instaqram səhifəsində paylaşım edib.
O, “Zirə” fk hər şeyə görə təşəkker edirəm” yazıb.
Qeyd edək ki, təcrübəli futbolçu ötən mövsüm Azərbaycan Premyer Liqasında cəmi 1 oyunda meydana çıxıb. 2021-ci ildən “Zirə”nin şərəfini qoruyan millimizin sabiq üzvünün karyerasını bitirəcəyi gözlənilir.
AYXAN







