"Saatlarla şahmat oynayıram" - Kenni Sayef
“Neftçi”nin yarımmmüdafiəçisi Kenni Sayef Rusiya mətbuatına müsahibə verib. Msport.az “sport-express”ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu “Zenit”lə oyundan, Sankt-Peterburqa səfərindən danışıb.
- Əvəllər Rusiyada olmuşduz?
- Bu mənim ikinci səfərimdir. Onda da Piterə gəlmişdim. Bura xoşuma gəlir. Düzdü, hələ ki heç yerə baxa bilməmişəm, çünki hər gün məşqdə oluruq. Rusiyada baş çəkmək istədiyim şəhər? Bir dəfə Moskvada olmaq istərdim.
- Rusiyaya ilk səfəriniz nə vaxt olub?
- 2015-ci ildə. “Gent”in heyətində Çempionlar Liqasında “Zenit”ə qarşı oynamışam. Onda Sankt-Peterburqda 1:2 hesabı ilə uduzduq, amma evdə eynihesabla qələbə qazandıq. “Zenit” qrupda birinci yeri tutdu, biz isə 2-ci olduq.
- O oyunda kim yadınızda qalıb?
- Halk, Vitsel və Qaray. Danninin oyunu da yaxşı yadımdadır. O, meydanda çox iş görürdü, çox qaçırdı.
- Həmin vaxtla müqayisədə “Zenit” çox dəyişib?
- Müqayisə aparmaq çətindir. Onda biz Çempionlar Liqasında oynamışdıq, indi isə yoldaşlıq turnirində çıxış edirik. Bir neçə gün bundan qabaq keçirilən görüşdə hər iki komandanın heyətində xeyli gənc futbolçu var idi.
- Yeni “Zenit”də kim diqqətinizi çəkdi?
- Əlbəttə ki, Klaudinyo. O, əla oyun keçirdi və bizə bir qol vurdu.
- Mənə demişdilər ki, siz şahmatla məşğul olursunuz.
- Hə, saatlarla şahmat oynayıram. Bu oyun çox xoşuma gəlir. Vaxt azlığı ilə əlaqədar idman xəbərlərini çox da izləyə bilmirəm, amma bütün dahi qrossmeysterlərin adlarını əzbər bilirəm.
- Rusiyalı şahmatçı Yan Nepomyaşiy yazda dünya çempionu titulu uğrunda çinli Dinq Lirenlə qarşılaşdı. Bu oyunu izləyə bildiz?
- Yox, amma bilirəm ki, şahmat tacını çinli idmançı qazandı. Lakin Nepomyaşiy əla şahmatçıdır.







