featured-image-29629

“Beşiktaş” Bakıda “Sabah”a qarşı keçirəcəyi xeyriyyə oyunu üçün xüsusi biletlər satışa çıxarıb.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Xatirə bileti” adlanan biletlər azarkeşlərə heç bir xüsusi imtiyaz vermir.

Yəni, həmin biletlə oyuna girmək mümkün olmayacaq. Həmçinin alınmış biletlər sonradan geri qaytarılmayacaq.

Biletlər alıcılara pdf formatında göndəriləcək.

Qeyd edək ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

Bənzər xəbərlər