featured-image-29163

“Beşiktaş” ilə “Sabah” arasında Bakıda keçiriləcək xeyriyyə matçından əldə ediləcək gəlirlə məktəb tikiləcək.

Msport.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, İstanbul klubu mayın 13-də baş tutacaq qarşılaşmadan minimum 9 milyon lirə yığılmasına ümid edirlər.

Bu isə təxminən 800 000 manata yaxın məbləğ edir. Aprelin 12-də İspaniya klubu “Atletiko” ilə keçirilən yoxlama görüşündə 10 milyon lirədən çox qazanc götürən “qara qartallar” bununla zəlzələdən əziyyət çəkən bölgədə bir məktəb inşa edib.

Türkiyə klubu “Sabah”la qarşılaşmadan əldə ediləcək pulla daha bir məktəb tikdirməyi planlaşdırır. Qardaş ölkədə məktəb inşası üçün təxminən 9 milyon lirə tələb olunur.

Qeyd edək ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” oyun saat 18:00-da başlayacaq.

Bənzər xəbərlər