featured-image-16616

“Sabah” Misli Premyer Liqasının 13-cü turunda səfərdə “Səbail”ə 2:0 hesabıyla qalib gəldi.

Msport.az xəbər verir ki, “ASCO Arena”da keçirilən matç bu komandanın müdafiəçisi Amin Seydiyev üçün əlamətdar olub.

“Səbail”lə görüşdə “Sabah”ın formasında 67-ci rəsmi oyununu keçirən Amin, bununla da, klubun heyətində ən çox matç keçirmiş Saşa Stamenkoviçə çatıb. 2018-2021-ci illər aralığında “Sabah”ın heyətində çıxış etmiş serbiyalı qolkiper də məhz bu sayda görüşdə meydana çıxıb.

Xatırladaq ki, Amin 2020-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışır. O, bu komandanın heyətində keçirdiyi 67 görüşdə (63 ölkə çempionatı, 4 ölkə kuboku) 2 qola imza atıb.

Bənzər xəbərlər