featured-image-27204

“Beşiktaş”la oyun hələ də gündəmdədir”.

Bunu Msport.az-a açıqlamasında “Sabah”ın mətbuat katibi Elnur Həmidov deyib.

Klub rəsmisi bildirib ki, İstanbul təmsilçisi ilə Bakıda keçirilməsi planlaşdırılan xeyri matçı üçün danışıqlar davam edir:

“Görüşün baş tutub-tutmayacağı dəqiqləşməyib. Danışıqlar gedir. Oyunun keçiriləcəyi tarixlə bağlı məsələ dəqiqləşəndə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, daha əvvəl “Qarabağ” Bakı Olimpiya Stadionunda Türkiyə “Qalatasaray”ı ilə xeyriyyə matçı (1:2) keçirib. Qarşılaşmadan əldə olunan gəlirlər qardaş ölkədə zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə göndərilib.

CAHİD

Bənzər xəbərlər