featured-image-24301

“Kəpəz”in müdafiəçisi Yusif Nəbiyev Premyer Liqanın 25-ci turu çərçivəsində “Sabah”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Sabah”la oyuna hazırlıq yaxşı əhval-ruhiyədə gedir. Görüşə motivasiya ilə hazırlaşırıq. Çünki ardıcıl iki matçlıq uğurlu seriyamız var. Öz oyunumuzu göstərmək niyyətindəyik. Ən azından xalla qayıtmaq istəyirik. Qələbə qazanmaq isə lap yaxşıdır. Amma bir xalı da nəticə hesab etmək olar. Çünki “Sabah” güclü rəqibdir”.

Nəbiyev paytaxt təmsilçisi ilə Gəncədəki matçı da xatırlayıb: “Həmin görüş ağır keçdi. 2:1 öndə olsaq da, qələbəni əldən vermişdik. Öz meydanımızda iki xal itirdiyimizi deyə bilərəm. Bakıda bunun əvəzini çıxmağa çalışacağıq. Oyuna tam ciddi şəkildə hazırlaşırıq”.

O, azarkeşlərin daim dəstəyinə ehtiyaclarının olduğunu diqqətə çatdırıb: “Onların tribunada olması böyük üstünlükdür. Səfərə gələcəklərinə və bizə dəstək olacaqlarına inanıram. Həmişə fanatların yanımızda olmasını istəyirik”.

Martın 4-də baş tutacaq “Kəpəz” – “Sabah” matçına saat 18:30-da start veriləcək.

Bənzər xəbərlər