"Sabah" “Əl Sədd”i məğlub etdi
Yeni mövsümə hazırlaşan “Sabah” bu gün Avstriyadakı toplanış çərçivəsində ilk yoxlama oyununa çıxacaq.
Msport.az xəbər verir ki, Murad Musayevin komandası Qətərin “Əl Sədd” klubu ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
9 iyul
Yoxlama oyunu
“Sabah” – “Əl Sədd” 3:1
Qollar: Namik Ələskərov, 4 (1:0), Con İrasabal, 30 (2:0), Emmanuel Apeh, 63 (3:1)
19:00, “Kematen” stadionu








