featured-image-78164

Azərbaycan çempionu “Sabah”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki mümkün rəqibləri demək olar ki, müəyyənləşib.

 Msport.az xəbər verir ki, turnirin ilk mərhələsində 28 komanda iştirak edəcək. “Sabah” 14 səpələnməmiş klub arasında olacaq.

Valdas Dambrauskasın komandasının qarşılaşa biləcəyi 14 səpələnmiş komandadan 13-ü artıq məlumdur:

– “Şemrok Rovers” (İrlandiya)
– KUPS (Finlandiya)
– “Drita” (Kosovo)
– “Linkoln Red İmps” (Cəbəllütariq)
– “Borats” (Bosniya və Herseqovina)
– “Vikinqur” (İslandiya)
– “Kayrat” (Qazaxıstan)
– “Universitatya Krayova” (Rumıniya)
– “Riqa” (Latviya)
– “Klaksvik” (Farer adaları)
– “Flora” (Estoniya)
– “Larn” (Şimali İrlandiya)
– “Petrokub” (Moldova)

14-cü mümkün rəqib Uelsin TNS klubu ola bilər. Lakin bu, Ermənistan çempionatının nəticələrindən asılıdır. Çempionluq uğrunda “Ararat-Armenia” və “Noa” mübarizə aparır.

Əgər “Ararat-Armenia” çempion olsa, TNS səpələnmişlər sırasında yer alacaq və “Sabah”ın mümkün rəqiblərindən biri olacaq. “Noa” çempion olacağı halda isə reytinqinə görə TNS-i üstələyərək onun yerini tutacaq. Lakin UEFA Azərbaycan və Ermənistan klublarını püşkatmada ayırdığı üçün “Sabah”ın erməni təmsilçisi ilə qarşılaşmaq ehtimalı yoxdur.

Beləliklə, “Sabah”ın mümkün rəqiblərinin sayı 13 və ya 14 ola bilər.

Qeyd edək ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkatması iyunun 16-da keçiriləcək. Oyunlar isə iyulun 7/8-i və 14/15-də baş tutacaq.

Bənzər xəbərlər