“Sabah"ın Avstriyadakı ilk rəqibi bilindi
Avstriyada təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyunundakı rəqibi bəlli olub.
Msport.az xəbər verir ki, paytaxt təmsilçisi Qətərin “Al-Sadd” klubu ilə qarşılaşacaq.
İyulun 9-da Kematen stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.







