featured-image-78370

“Sabah”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki bütün potensial rəqibləri məlum olub.

Msport.az xəbər verir ki, Azəraycan çempionunun son potensial rəqibi Uelsin “Nyu Seyntis” klubu olub.

Valdas Dambrauskasın komandası püşkatmada “səpələnməmişlər” sırasında yer alacaq. “Səpələnmişlər” arasında olan 14 klubdan biri “Saah”ın rəqibi olacaq.

Həmin klubları təqdim edirik:

“Şemrok Rovers” (İrlandiya), KuPS (Finlandiya), “Drita” (Kosovo), “Linkoln” (Cəbəllütariq), “Borats” (Bosniya və Herseqovina), “Vikinqur” (İslandiya), “Kayrat” (Qazaxıstan),  “Universitatya” (Rumıniya), “Larn” (Şimali İrlandiya), “Riqa” (Latviya), “Klaksvik” (Farer adaları), “Flora” (Estoniya), “Petrokub” (Moldova”), “Nyu Seyntis” (Uels).

Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatması iyunun 16-da keçiriləcək.

Bənzər xəbərlər