featured-image-28937

“Sabah”ın futbolçusu Aleksey Kaşuk Azərbaycan çempionatları tarixinə düşüb.

Msport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki,  o, bir mövsümdə yüksək liqada ən çox qol vuran ukraynalı oyunçu rekordunu təkrarlayıb.

Bu, Premyer Liqanın XXXII turunda “Şamaxı” ilə matçda baş verib.  Komandasının 1:0 hesablı qələbəsinin memarı olan Kaşuk cari mövsüm qollarının sayını 15-ə çatdıraraq, həmyerlisi Leonid Kalfaya məxsus rekordu təkrarlayıb.

“Neftçi”də çıxış etmiş Kalfa 1998/1999 mövsümündə eyni məhsuldarlıq nümayiş etdirib. O, həmin vaxt 24 oyun keçiribsə, Kaşuk 27-ci matçında 15 qola çatıb.

Bir mövsümdə ən çox qol vuran ukraynalı legionerlərin siyahısında rekordçuların ardınca 12 dəfə fərqlənən Viktor Kulikov (“Şəmkir”, 1999/2000) və Vladimir Mazyar (“Simurq”, 2008/2009) yer alıblar.

Bənzər xəbərlər