“Sabah”ın futbolçusu Ukrayna yığmasına dəvət aldı
“Sabah”ın futbolçusu Aleksey Kaşuk Ukraynanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət alıb.
Msport.az Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi noyabrın 19-da İsrail, noyabrın 21-də Gürcüstanla yoldaşlıq matçları üçün heyətdə yer alacaq.
Yığmanın 15-22 noyabrda Gürcüstanda təlim-məşq toplanışı planlaşdırılır.
Ukraynanın U-21 yığması 2023-cü ildə Avropa çempionatının final mərhələsində çıxış edəcək. Komanda B qrupunda Rumıniya, İspaniya və Xorvatiya ilə mübarizə aparacaq.