"Sabah"ın hazırlıq planı: Qəbələdən Avstriyaya
“Sabah”ın yeni mövsümə hazırlıq planı məlum olub. Msport.az klubun rəsmi saytına istinadən məlumatına görə, Murad Musayevin komandası məşqlərə iyunun 21-də Bakıda başlayacaq.
Hazırlığın ilk mərhələsi iyunun 29-dək paytaxtda davam edəcək. İyunun 29-da Qəbələyə gedəcək “Sabah” gələn ayın 5-ə kimi orda qalacaq.
Paytaxt klubu iyulun 6-da hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq.
Adıçəkilən ölkənin Tirol bölgəsində baş tutacaq təlim-məşq toplanışı iyulun 20-də başa çatacaq.
Azərbaycanda 2, Avstriyada isə 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Sabah” Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.







