“Sabah”ın İngiltərəyə səfər planı bilindi
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda səfərdə “Mançester Yunayted”lə üz-üzə gələcək “Sabah”ın səfər planı bəlli olub.
Msport.az xəbər verir ki, kollektiv sabah çarter reysi ilə İngiltərəyə yollanacaq.
Baş məşqçi Valdas Dambrauskasın oyundan əvvəl mətbuat konfransı sentyabrın 9-da, yerli vaxtla saat 19:30-da, komandanın açıq məşqi isə 20:00-da baş tutacaq.
Qeyd edək ki, “Mançester Yunayted” – “Sabah” oyunu sentyabrın 10-da, Bakı vaxtı ilə saat 23:00-da “Old Trafford” stadionunda keçiriləcək.







