featured-image-29315

“Sabah”ın futbolçusu Aleksey Kaşuk Azərbaycan çempionatları tarixinə düşüb.

Msport.az xəbər verir ki, o, bir mövsümdə yüksək liqada ən çox qol vuran ukraynalı oyunçu olub.

Bu, Premyer Liqanın XXXIII turunda “Kəpəz”lə səfər oyununa təsadüf edib. Komandasının 3:0 hesabı ilə qalib gəldiyi matçın 4-cü dəqiqəsində fərqlənən futbolçu bu mövsüm qollarının sayını 16-ya çatdıraraq, həmyerlisi Leonid Kalfaya məxsus rekordu yeniləyib.

“Neftçi”də çıxış etmiş Kalfa 1998/1999 mövsümündə eyni məhsuldarlıq nümayiş etdirib. O, həmin vaxt 24 oyun keçiribsə, Kaşuk 28-ci matçında 16 qola çatıb.

Bir mövsümdə ən çox qol vuran ukraynalı legionerlərin siyahısında rekordçuların ardınca 12 dəfə fərqlənən Viktor Kulikov (“Şəmkir”, 1999/2000) və Vladimir Mazyar (“Simurq”, 2008/2009) yer alıblar.

CAHİD

Bənzər xəbərlər