“Sabah”ın legioneri Gürcüstan yığmasına qol vurdu
“Sabah”ın yarımmüdafiəçisi Aleksey Kaşuk Ukraynanın U-21 millisinin heyətində növbəti oyununu keçirib.
Msport.az xəbər verir ki, gənc futbolçu Gürcüstanın U-21 yığması ilə matçda start heyətində meydana çıxıb.
Qoridə, Tengiz Burcanadze adına stadionda keçirilən matç 1:1 hesablı bərabərliklə nəticələnib.
Kaşuk matçda komandasının yeganə qoluna imza atıb.