featured-image-32636

“Sabah”ın maraq dairəsində olan Maqomed-Şapi Süleymanov “Krasnodar”ın heyətində məşqlərə başlayıb.

Msport.az xəbər verir ki, hücumçu İsrailin “Hapoel” (Beer-Şeva) komandasından icarədən qayıdıb.

Qeyd edək ki, 23 yaşlı futbolçu açıqlamalarında “Krasnodar”da qalmayacağını deyib. Onun Rusiya klubu ilə müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub.

Rusiya mətbuatında “Sabah”ın baş məşqçisi Murad Musayevin Süleymanovu öz komandasında görmək istəməsi barədə məlumatlar yayılmışdı.

media-1688288379649000239

Bənzər xəbərlər