"Sabah"ın rəqibi məlum oldu
“Sabah”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.
Msport.az xəbər verir ki, Murad Musayevin komandası Latviyanın RFŞ komandası ilə üz-üzə gələcək.
Pribaltikalılar I təsnifat mərhələsinin cavab görüşündə Şimali Makedoniyanın “Makedoniya” kollektivinə 4:1 hesabı ilə qalib gəlib. Meydan sahibləri ilk görüşdə də rəqibini üstələmişdi – 1:0.
Qeyd edək ki, “Sabah” RFŞ-ə qarşı ilk matçını iyulun 27-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.







