featured-image-32578

Növbəti mövsümə hazırlıqları davam etdirən “Sabah”ın yoxlama oyunu keçirəcəyi daha bir komanda məlum olub.

Msport.az xəbər verir ki, paytaxt təmsilçisi “Qəbələ” ilə qarşılaşacaq. İyulun 3-də, Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Sabah” iyulun 6-da toplanışın 2-ci mərhələsi üçün Avstriyaya yollanacaq. Komanda orada Yunanıstan “Olimpiakos”u ilə yoxlama oyunu keçirəcək. “Sabah” iyuln 20-də vətənə qayıdacaq. Görüş iyulun 19-da oynanılacaq və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Həmçinin “Sabah” Avstriyada bundan başqa 2 yoxlama matçında qüvvəsini sınamağı da planlaşdırır.

Bənzər xəbərlər