"Sabah" Mərakeş millisinin üzvü ilə danışıq aparır
“Sabah” Mərakeş millisinin futbolçusu Sofian Çaklanı transfer etmək istəyir. Msport.az xəbər verir ki, bu barədə İspaniyanın “estadiodeportivo” saytı məlumat yayıb.
Murad Musayevin komandası 30 yaşlı mərkəz müdafiəçisinin keçidi üçün İspaniya klubu “Ponferradina” ilə danışıqlara başlayıb.
Çaklanın “Ponferradina” ilə müqaviləsi 2024-cü ilin yayına qədər olduğundan, klub onu pulsuz buraxmaq niyyətində deyil. “Sabah” futbolçunun sərbəst qalma məbləğini ödəməyə hazırdır.
Qeyd edək ki, Sofian Çakla karyerası ərzində İspaniyanın “Malaqa”, “Almeriya” və “Xetafe” kimi klublarının da formasını geyinib