featured-image-34910

“Sabah” vacib oyunlar öncəsi aparıcı futbolçusu Coy Lens Mikelsi itirmək üzrədir. Səudiyyə Ərəbistanından olduqca sərfəli təklif alan almaniyalı hücumçu Bakı klubunu tərk etməyin əleyhinə deyil.
Lakin “futuristlər” əsas oyunçusunu belə asanlıqla buraxmaq istəmir. Klubdan Msport.az-a verilən məlumata görə, hələlik heç bir məsələdə razılıq əldə olunmayıb:

“Mikelsin təklifi var. Hər şeyə özü qərar verəcək. Hələlik bizimlədir Müqavilədə azad olma bəndi var. Təklif göndərən klub onu qarşılasa və futbolçu özü şəxsi müqavilənin detallarını razılaşdırsa və ən əsası özü getmək istəsə, heç bir maneə qalmayacaq. Hazırda isə bu proseslərin heç birində razılıq əldə olunmayıb”.

Qeyd edək ki, Coy Lens Mikelsin “Sabah”la 2025-ci ilin yayınadək müqaviləsi var.

Bənzər xəbərlər