featured-image-69203

İslandiya millisinin baş məşqçisi Arnar Qyunnleyqsson DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan yığması ilə oyundan danışıb. Msport.az xəbər verir ki, İslandiya və Azərbaycan seçmələri sabah Reykyavikdə üz-üzə gələcəklər.

“Onların məşqçisi (Fernandu Santuş – red.) qoca tülküdür. Mənim beynəlxalq oyun təcrübəm göstərir ki, hər görüşdə var gücünü ortaya qoymalısan, əks halda hər şey çox pis qutaracaq. Belə olmamalıdır.

Biz özümüzü çox gümrah hiss edirik. Məşqlər əla keçdi, meydançanın vəziyyəti idealdır.  Dü.ünürəm ki, indi həyəcanın olması təbiidir. Oyunqabağı hisslərim çox müsbətdir. Deməzdim ki, bu, ölüm-qalım məsələsidir, amma ona yaxın bir şeydir. Bizim böyük məqsədlərimiz var və ona doğru addım atmaq istəyirik.

Sabahkı oyunda mütləq qələbə qazanmalıyıq. Bu təzyiqi hiss edirik. Bilirik ki, oyunla bağlı çox müzakirələr gedir, sabah qalib gəlməliyik”.

 

Bənzər xəbərlər