“Sabah” “Olimpiakos”la heç-heçə etdi
Avstriyada təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün sonuncu yoxlama oyununa çıxıb.
Msport.az xəbər verir ki, Bakı təmsilçisi Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. “Sabah”ın heyətində Davit Volkov 42-ci dəqiqədə fərqlənib.







