featured-image-28072

Azərbaycan Premyer Liqasının 30-cu turunun oyunlarını ümumilikdə 11 850 azarkeş izləyib. Msport.az xəbər verir ki, ən çox tamaşaçı liderlərin görüşünə toplaşıb. Masazırdakı “Bank Respublika Arena”da “Sabah” – “Qarabağ” matçına 7 min azarkeş baxıb.

30-cu turda hər oyuna orta hesabla 2370 tamaşaçı düşüb. Ən az maraq “Zirə” – “Səbail” qarşılaşmasına (3:1)  olub – 350 nəfər.

“Neftçi” – “Qəbələ” görüşü turun ikinci ən çox azarkeş gəlmiş matçı olub. “Bakcell Arena”da “ağ-qaralar”ın 1:2 hesablı məğlubiyyətini 2200 nəfər izləyib.

Gəncə stadionunun qazonu bərbad vəziyyətə düşdüyündən “Kəpəz” Qərb derbisində “Turan Tovuz”u Qəbələdə qəbul edib. Gəncəlilərin minimal hesablı qələbəsinə (1:0) stadionda 800 azarkeş şahidlik edib.

“Şamaxı” – “Sumqayıt” oyununa (0:0) isə 1500 tamaşaçı baxıb.

AYXAN  

 

Bənzər xəbərlər