“Sabah” qızıl medallara qovuşdu
Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün XXXII turuna yekun vurulub.
Msport.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən turun “Sabah” – “Neftçi” (1:2) oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub.
Mövsümün qalibi olan “Sabah” qızıl medallar və kubokla mükafatlandırılıb. Mükafatlandırma mərasimində AFFA-nın prezidenti Rövşən Nəcəf, baş katibi Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov iştirak ediblər.
Mərasimin sonunda “Sabah”a çempionluq kuboku təqdim olunub.







