“Portu” və “Deportivo”nun sabiq futbolçusu “Sabah”da - VİDEO
Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” daha bir keçidi reallaşdırıb.
Msport.az xəbər verir ki, seneqallı futbolçu Abdulaye Ba bundan sonra sözügedən komandanın uğurları üçün çalışacaq. Mərkəz müdafiəçisi ilə bağlanmış müqavilənin müddəti 1+1 ildir.
Ba karyerası ərzində Portuqaliyanın “Portu” (2012-2014), “Sportinq” (Kovilya, 2010/11), “Akademika” (2011/12), “Gimaraynş” (2013/14), “Moreyrense” (2020-2022), “Aroka” (2021/22), İspaniyanın “Rayo Valyekano” (2014/15, 2017-2019), “Deportivo” (2019/20), Türkiyənin “Fənərbağça” (2015/16), “Alanyaspor” (2016/17), Almaniyanın “Münhen 1860” (2016/17) və Rumıniyanın “Dinamo” (Buxarest, 2020/21) klublarında çıxış edib. O, Seneqal millisinin heyətində 6 oyun keçirib.
Abdulaye “Sabah”da 13 nömrəli formada çıxış edəcək.
Xatırladaq ki, “Sabah”ın Abdulaye Ba ilə danışıqlar apardığına dair xəbəri Msport.az hələ bir neçə gün öncə yaymışdı.