"Sabah" - "Slaviya" oyununun hakimləri bəlli oldu
UEFA Çempionlar Liqasının liqa mərhələsində keçiriiləcək “Sabah” – “Slaviya Praqa” oyununu idarə edəcək hakim məlum olub.
Msport.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləck görüş avstriyalı Sebastyan Qishamerə tapşırılıb.
Ona Roland Riedel və Santino Şeriner kömək edəcəklər. 4-cü hakim funksiyasını Valter Altman yerinə yerinə yetirəcək.
VAR-da Alan Kijas, AVAR-da isə Cozef Spurni çalışacaq. Bütün hakimlər Avstriyanı təmsil edir.
Qeyd edək ki, “Sabah” – “Slaviya” matçı oktyabrın 13-də saat 20:45-də start götürəcək.







