Sablyaçımızdan bürünc medal
Azərbaycanın yeniyetmə sablyaçısı Səid Sultanlı Türkiyənin Kocaeli şəhərində keçirilən qılıncoynatma üzrə açıq turnirdə üçüncü yeri tutub.
Msport.az xəbər verir ki, o, 12 yaşadək oğlanlar arasında yarışın bürünc medalına yiyələnib.
Gəray Məmmədli isə 14 yaşadək sablyaçılar arasında 50-dən çox iştirakçı arasında baş tutan beynəlxalq turnirdə 8-ci olub.