featured-image-24378

Belə oyundan sonra danışmaq çətindir. Çünki dramatik matç alındı. Oyunun gedişində çox hadisələr baş verdi ki, komandaya mənfi təsir etdi. “Sumqayıt”ı qələbə münasibəti ilə təbrik edirəm. Vacib görüş idi. Bizim günümüz deyildi. Qapımıza o qədər penaltilər təyin edilir, oyunçularımıza o qədər qırmızı vərəqələr verilir ki, bu, məni çox narahat edir. Mən də emosional insanam və hisslərim var. Bizim heç bir epizodumuza VAR-da baxmırlar. Bu da maraqlı məqamdır. İkinci hissə oynamağa çalışdıq, qırmızı vərəqə verildi, müdafiə olunmağa çalışdıq, penalti təyin edildi. Məqsədim günahı kiminsə üzərinə atmaq deyil. Özümüz də, ən zəif oyunlarımızdan birini keçirdik”.

Msport.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 25-ci turunun “Sumqayıt”la (0:1) oyunundan sonra mətbuat konfransında deyib. O, həm də jurnalistlərin suallarını cavablandırıb.

– VAR-la bağlı fikriniz necədir?
– VAR-da böyük problemlər var. Tək bizdə yox, hər yerdə belədir. Qol epizodları olmayan yerdə, penaltilər verirlər. Qapımıza 4-cü penalti təyin edildi. Əgər oyunçu tullanırsa, əli avtomatik yuxarı qalxır da. Şamaxıda qapımıza verilən penaltini də xatırlayın. Təhlükə olmayan epizodlar qolla nəticələnir. Bu da futbola olan marağı azaldır. VAR yaxşıdır, amma belə yox. Nədənsə, bizim epizodlara VAR-da baxılmır. Bu məni narahat edir. Mən də insanam. İkili standart məni narahat edir. (Sportal.az)

Bənzər xəbərlər