Şahmat Olimpiadası: Kişilər uduzdu, qadınlar heç-heçə etdi
Macarıstanın paytaxtı Budapeştdə 25-ci Ümumdünya Şahmat Olimpiadası davam edir. Msport.az xəbər verir ki, bu gün V turun görüşləri keçirilib.
Kişilərdən ibarət Azərbaycan milli komandası Hindistana 1:3 hesabı ilə məğlub olub. Yığmamızın heyətində Nicat Abbasov və Şəhriyar Məmmədyarov rəqibləri ilə xalları yarı bölüblər. Aydın Süleymanlı və Rauf Məmmədov isə uduzublar. Millimiz 5 turdan sonra 8 xal toplayıb və 9-cu yeri tutur.
Qadınlardan ibarət milli komandamız Ukrayna ilə heç-heçə edib – 2:2. Millimizin heyətində yeganə qələbəni Gövhər Beydullayeva qazanıb. Ülviyyə Fətəliyeva və Xanım Balacayevanın görüşləri bərabərliklə yekunlaşıb. Günay Məmmədzadə isə rəqibinə uduzub. Qadınlardan ibarət millimiz 8 xal toplayıb.