Şahmatçımız Şarja turnirinin qalibi oldu
Birləşmiş Ərəb Əmirliklərinin üçüncü böyük şəhəri Şarjada təşkil edilən şahmat üzrə beynəlxalq turnirə yekun vurulub.
Şarjadakı “Masters” yarışında təmsilçilərimizdən ən yaxşı nəticə Aydın Süleymanlıya məxsus olub. Şahmatçı 9 turda 6 xal toplamaqla turniri 10-cu yerdə başa vurub.
Festivalın “Futures” turnirində birinci yerə Aqşin Əlizadə layiq görülüb. Yekunda 7,5 xal toplayan təmsilçimiz əlavə göstəricilərə görə bütün rəqiblərini qabaqlayıb. Turnirdə üçüncü yeri aktivində 7 xalı olan digər şahmatçımız Yunis Mahmudzadə tutub.