featured-image-16381

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev sosial şəbəkədəki növbəti paylaşımı ilə azarkeşlərin narazılığına səbəb olub.

Msport.az xəbər verir ki, Ağdam klubunun qolkiperi instagram hesabında sabah “Kəpəz”ə qarşı keçirəcəkləri oyunun afişasını paylaşaraq, “Biletlərə ehtiyacınız var?” deyə, yazıb.

O, bununla avrokubok oyunlarına gəlib, çempionat matçlarında iştirak etməyən azarkeşlərə söz atıb. Bu da fanatların ciddi narazılığına səbəb olub.

Qeyd edək ki, Məhəmmədəliyev ötən mövsüm Konfrans Liqasında Bakıdakı “Omoniya” ilə matçda (2:2), bu il Çempionlar Liqasında “Viktoriya” ilə səfər oyununda (1:2) və Avropa Liqasında “Nant”la Fransadakı görüşdə (1:2) kobud səhvləri ilə yadda qalıb.

media-Ekran şəkli 2022-11-05 130421

Bənzər xəbərlər