Salahdan unikal göstərici
“Liverpul”un hücumçusu Məhəmməd Salah “Enfild Roud”da keçirdiyi 128-ci oyununda 128-ci qolda yaxından iştirak edib.
Msport.az xəbər verir ki, misirli futbolçu Premyer Liqanın II turunda “Brentford”la görüşdə fərqlənib.
O, 2:0 hesablı qələbə qazandıqları qarşılaşmada son nöqtəni qoyub. Salah doğma arenadakı görüşlərdə 93 qol, 35 məhsuldar ötürmə verib. Forvard 2017-ci ildən “qırmızılar”ın formasını geyinir.
Qeyd edək ki, “Liverpul” Premyer Liqanın ilk 2 turunda 6 xal toplayıb.