featured-image-32100

Gələn mövsüm I liqada mübarizə aparacaq “Şamaxı” heyətini formalaşdırmağa başlayıb. Msport.az xəbər verir ki, bölgə klubu Elçin Rəhimli ilə yeni müqavilə bağlayıb.

Yarımmüdafiəçi 2024-cü ilin yayına qədər əyalət klubunda çıxış edəcək.

Qeyd edək ki, “Şamaxı” Premyer Liqa ilə vidalaşdıqdıqdan aparıcı futbolçuların əksəriyyəti komandanı tərk edib. Bundan başqa, məşqçi Cavid Hüseynov da “Şamaxı”da qalmayıb.

Bənzər xəbərlər