featured-image-31519

“Bu barədə bizdə hələ mövsümün gedişində məlumat var idi. İsti qarşıladıq. Bu gün Azərbaycanın gənc oyunçularının Avropaya üz tutmaları ölkə futbolu üçün önəmlidir. Bunun ardı-arası kəsilməməlidir”.

Bunu Msport.az saytına açıqlamasında “Şamaxı”nın məşqçisi Cavid Hüseynov Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun Bolqarıstanın “Arda” klubuna keçidi barədə danışarkən deyib.

Futbolçunu ötən mövsümün əvvəlində “Zirə”dən “Şamaxı”ya məhz özünün gətirdiyini xatırladan 35 yaşlı mütəxəssis onun potensialına, bacarığına və peşəkarlığına yaxşı bələd olduğunu bildirib: “Çünki futbolçu vaxtı birlikdə oynamışdıq. Düzdür, həmin vaxt çox gənc idi. Amma hirsi, aqressiyası, istəyi və yorulmadan çalışması potensialının nə vaxtsa açılacağından xəbər verirdi. Doğrudur, “Şamaxı”da da potensialını tam açdığını deyə bilmərəm. Lakin heç olmasa 20-30 faiz bunu göstərə bildi”.

Hüseynov 20 yaşlı oyunçunun “Arda” klubundan gələn təklifi dəyərləndirməsinə pis baxmadığını vurğulayıb: “Bundan sonra inkişafı özündən asılıdır. Bolqarıstan Avropaya daha yaxındır. Oradan hansısa iddialı kluba getməsi daha asandır. İnanıram ki, daha yaxşı komandalara yollanacaq”.

Qeyd edək ki, Cəlal Hüseynov “Arda” ilə 3 illik müqavilə bağlayıb.

CAHİD 

Bənzər xəbərlər