Şamaxı" I Divizona hazırlaşır- "Eyni zamanda İK-in iclasını gözləyirik"
Geridə qalan mövsümün sonunda Premyer Liqada sonuncu pilləni tutan “Şamaxı” reqlamentə əsasən, növbəti futbol ilini I Divizionda keçirməlidir.
Klubdan Msport.az saytına verilən məlumata görə, hazırlıqlar da bu istiqamətdə gedir.
Amma bölgə təmsilçisi eyni zamanda İcraiyyə Komitəsinin verəcəyi qərarı gözləyir:
“Divizion yolunda hazırlıqlarımız davam edir. Həmçinin, AFFA İcraiyyə Komitəsinin qərarını gözləyirik. Ondan sonra bütün suallara aydınlıq gələcək. Hələlik heç bir məlumat yoxdur”.
Bildirilib ki, mövsümün sonunda müqaviləsi bitən futbolçularla danışıqlar komandanın hansı liqada oynamasına aydınlıq gəldikdən sonra aparılacaq.







