featured-image-16739

“Şamaxı”nın qapıçılar üzrə məşqçisi Anar Niftəliyevin AFFA İntizam Komitəsi tərəfindən cəzalanmasının təfərrüatları bəlli olub.

Klubdan Msport.az-a verilən məlumata görə, hadisə “Turan Tovuz”la qarşılaşmadan sonra baş verib.

Mütəxəssis paltardəyişmə otağına yollanarkən tunelə çatmamış tovuzlu azarkeşlər onu təhqir edib, ağır söyüşlər işlədiblər. Məşqçi də ani olaraq reaksiya verəndə AFFA nümayəndəsi bunu görüb və protokolda qeyd edib.

Ona görə də Niftəliyevə 5 oyunluq cəza verilib, klub isə 4 000 manat məbləğində cərimələnib.

Qeyd edək ki, “Turan Tovuz” – “Şamaxı” matçı qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bənzər xəbərlər