featured-image-20838

Antalyada təlim-məşq toplanışında olan “Şamaxı” bu gün növbəti yoxlama görüşünü keçirəcək.

Msport.az xəbər verir ki, əyalət təmsilçisi Türkiyədəki hazırlığını Serbiyanın “Napredak” komandası ilə oyunla başa vuracaq.

“IC Santai” otelinin idman kompleksində baş tutacaq görüşə Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.

Xatırladaq ki, “Şamaxı” 11 yanvarda Qazaxıstan “Kaysar”ı ilə 0:0 oynayıb. Həmin gün Rumıniyanın “Botoşani” kollektivi ilə keçirilən görüş (0:1) isə leysan səbəbindən yarımçıq qalıb.

Bənzər xəbərlər