featured-image-20876

Antalyada təlim-məşq toplanışında olan “Şamaxı” bu gün növbəti yoxlama görüşünü keçirib.

Msport.az xəbər verir ki, əyalət təmsilçisi Türkiyədəki hazırlığını Serbiyanın “Napredak” komandası ilə oyunla başa vurub.

“IC Santai” otelinin idman kompleksində baş tutan görüşə Bakı vaxtı ilə saat 16:00-da start verilib. Əyalət təmsilçisi bu oyunun son dəqiqələrində buraxdığı yeganə qolla 0:1 hesablı məğlubiyyətə üzülüb.

Xatırladaq ki, “Şamaxı” 11 yanvarda Qazaxıstan “Kaysar”ı ilə 0:0 oynamışdı. Həmin gün Rumıniyanın “Botoşani” kollektivi ilə keçirilən görüş (0:1) isə leysan səbəbindən yarımçıq qalmışdı.

Bənzər xəbərlər